A

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə UNEC-in Tələbə Gənclər Təşkilatının tələbələri (TGT) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə üzrə növbəti ağacəkmə və təmizlik aksiyasında iştirak ediblər.

Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz edilmiş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.

Aksiyanın keçirilməsində əsas məqsəd yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdir.

TOP XƏBƏRLƏR