A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbi ilə əməkdaşlıq çərçivəsində HES SO-nun tələbələrinin “Business in Eurasia” təcrübə proqramı uğurla davam edir.

Proqram çərçivəsində isveçrəli tələbələr Azərbaycan Respublikasının  Mərkəzi Bankında olublar.

Bankın pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyevin tələbələr üçün təqdimat keçib. O, Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi, əsas uğurlu nəticələr və perspektivlər barədə məlumat verib, həmçinin Qafqaz və Orta Asiya ölkələrinin pul siyasəti ilə bağlı müqayisələr aparıb.

Günün ikinci yarısında tələbələrin AZAL-a (AZANS) səfəri baş tutub.

Tələbələr səfər zamanı Azərbaycan aviasiya sektoru ilə yaxından tanış olublar, ölkəmizin hava nəqliyyatı sahəsindəki inkişafı barədə ətraflı məlumat əldə ediblər.

TOP XƏBƏRLƏR