A

UNEC Dizayn Məktəbində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə təşkilatçılığı ilə COP29-a həsr olunmuş “Yaşıl iqtisadiyyat: Elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində görüş keçirilib.    

Təşkil olunan görüşdə  Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetindən gələn qonaqlar - Rusiya Federasiyasının əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, qarşılıqlı marketinq elmi məktəbinin yaradıcısı Georgi Leonidoviç Baqiyev və marketinq kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Yuldaşeva Oksana Urnyakovna iştirak edib. Professor Yuldaşeva müasir dizaynda marketinq və brendinqin rolu mövzusunda mühazirə ilə çıxış edərək, Rusiya və Azərbaycan üçün yerli məhsul və xidmətlərə əlavə dəyər yarada biləcək güclü milli brendlərin yaradılmasının aktuallığını vurğulayıb, eyni zamanda yerli brendlər vasitəsilə milli kimliyin təbliğinin zəruriliyini qeyd edib. Çıxışında Prof. Yuldaşeva Şərq və Qərb brendinqi arasındakı fərqlərə, eləcə də humanizm və ədalət fəlsəfəsi prinsipləri əsasında qurulmuş Avrasiya brendinqinin və marketinqinin inkişafına diqqət yetirib.

Tədbirdə Prof.G.L.Baqiyev  istehlakçı dəyərinin yaradılmasında müasir dizayn həllərinin əhəmiyyətindən, getdikcə daha çox mal və xidmətlərin alınması və istifadəsi ilə bağlı müştərilərin müsbət təəssüratları və emosiyalarından danışıb və bu baxımdan dizayn təkcə cəlbedici məhsulun yaradılmasında deyil, həm də müştərinin alış-veriş səyahətinin modelləşdirilməsində əsas amilə çevrilməsini qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR