UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Şəhriyar Laçınov çıxışında müstəqil Azərbaycanın siyasi varisi Prezident İlham Əliyevin uğurlu siyasətindən söhbət açıb. Bu siyasət nəticəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini bildirib.
Sonra kollecin metodisti Sveta Behbudova tələbələrə dövlət müstəqilliyinin bərpasının Azərbaycan xalqının və millətinin başlıca məqsədi olduğunu deyib. S. Behbudova vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Müstəqilliyimiz uğrunda aparılan mübarizənin canlı şahidi, kollecin müəllimi Qələndər Muxtarlı çıxışında qeyd edib ki, Azərbaycan hazırda yerləşdiyi bölgədə baş verən siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.
Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.