A

Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatı, UNEC Rəqəmsal Könüllülər Təşkilatı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz Əbədidir!” adlı tədbir baş tutub.

Tədbir Dövlət Təhlükəsizliyi Xidməti Şəhriyar adına Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən Bənövşə Uşaq Xorunun təqdimatında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. UNEC-in Tələbələrlə İş üzrə prorektoru dosent Səadət Qəndilova, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı və siyasi elmlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov tədbirdə çıxış edərək, müstəqillyimizin bərpa olunması ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib, sonda iştirakçılara sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR