A

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin II kurs tələbələri UNEC Kitabxana- İnformasiya Mərkəzində təcrübə keçiblər.

Təcrübə zamanı tələbələr elektron kitabxanadan istifadə qaydaları, biblioqrafik proseslərin idarə edilməsi, kitabların elmi-texniki işlənməsi, nəşrlərin avtomatlaşmış kitabxana-informasiya sisteminə daxil edilməsi üsulları ilə əyani şəkildə tanış olublar.

Daha sonra tələbələrə fasiləsiz rejimdə fəaliyyət göstərən UNEC 24/7 kitabxanasında mütaliə mühitinin səmərəli təşkilinin, müasir avadanlıq və texnologiyaların iş prinsiplərinin, eləcə də kitabxananın zəngin fondundan istifadə qaydaları və yeni layihələr haqqinda məlumatlar verilib.

Maraqla keçən təcrübədə tələbələr kitabxana barədə sualları KİM əməkdaşlarına ünvanlayaraq, operativ və ətraflı şəkildə cavablar alıblar.

TOP XƏBƏRLƏR