4-5 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dayanıqlı İnkişaf və İnnovasiya İqtisadiyyatı” mövzusunda İqtisadiyyat və Sosial Elmlər sahəsində Tətqiqatçıların II Beynəlxalq Konfransı (ICRESS-2025) keçiriləcək.
Konfransda iştirak etmək üçün müvafiq mövzu üzrə məqalələr (azərbaycan, türk, rus və ingilis dillərində) 15 noyabr 2025-ci il tarixinədək Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçtu vasitəsilə qəbul olunacaqdır.
Konfransın bölmələri aşağıdakı mövzuları əhatə edir:
- Dayanıqlı inkişaf və sosial innovasiyalar;
- İnnovasiya siyasəti və dövlət dəstəyi;
- Regionların dayanıqlı inkişaf problemləri;
- İnnovativ iqtisadiyyat və beynəlxalq rəqabət;
- Dayanıqlı iqtisadiyyat və resursların səmərəli idarə olunması;
- Dayanıqlı inkişaf: innovasiya və sosial rifahın statistik ölçülməsi;
- Azərbaycanda dayanıqlı və innovativ inkişaf;
- Ekoloji problemlər və dairəvi iqtisadiyyat;
- Yaşıl inkişaf və yaşıl iqtisadiyyata transformasiya.
Konfransa göndərilən məqalələrin yazı qaydalarına tələblər haqqında nümunəni https://drive.google.com/file/d/14r5YxSuz72ERG7rUAEAZB2v-CK_DSdWh/view?usp=sh linki vasitəsilə əldə etmək olar.
Yalnız canlı və ya onlayn qaydada çıxış edən müəlliflərin məqalələri toplu kitabında nəşr olunacaqdır.