A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) mentorlar komandasının təşkilatçılığı ilə COP29-a həsr olunan görüş keçirilib. 

Görüşdə ISE-nin tələbə mentorları Nihad Hacılı, Rəna Qasımova (1068-ci qrup) və Əsma Abadzadə (1002-ci qrup) I kurs tələbələri üçün COP29-un əhəmiyyəti barədə maraqlı təqdimatla çıxış ediblər. 

Təqdimatlardan sonra tələbələr arasında davamlı inkişaf və dayanıqlı ölkə üçün bərpa olunan enerji, ekoloji texnologiyalar və resursların səmərəli idarə edilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR