A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti tələbə-rektor seçkiləri keçirilib. UNEC-in yeni tələbə rektoru Türk Dünyası İşlətmə fakültəsinin 1-ci kurs tələbəsi Şahin Həsənov olub.

UNEC-də keçirilən bir illik tələbə-rektor seçkiləri bu il yeni qaydalar əsasında təşkil olunub. Qaydalara əsasən, namizədlər fakültələr üzrə müəyyən edilib. 11 fakültədən 11 tələbə namizədliyini verib. Tələbə rektorluğa namizədlər seçilərkən tələbənin orta ümumi müvəffəqiyyət göstəricisi, xarici dil biliyi, ictimai fəallığı, yerli və beynəlxalq konfranslarda iştirakı nəzərə alınıb. 14 gün davam edən təbliğat-təşviqat kampaniyasında namizədlər seçiciləri ilə silsilə görüşlər keçirərək platformalarını açıqlayıblar. Təbliğatların sonunda interaktiv debatlar təşkil olunub.Açıq səsvermə yolu ilə keçirilən seçkilərdə namizədlər öz aralarından tələbə-rektoru müəyyən ediblər. Səs­vermədə Seçki Komissiyasının üzvləri və na­mi­zədlərin müşahidəçiləri iştirak edib. Digər namizədlər isə “Tələbə senatı”nın üzvləri olacaq. Seçkilər UNEC-in rəsmi Youtube kanalı  ilə canlı yayımlanıb.Qeyd edək ki, Azərbaycanda ilk dəfə UNEC-də tətbiq olunan tələbə rektor layihəsinin məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, eləcə də tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir. Tələbə rektor universitetin bərabərhüquqlu idarəetmə orqanlarından biri kimi, UNEC-in elmi şurasının və digər struktur bölmələrinin fəaliy­yə­tində, eləcə də tələbələrin maraqlarını əhatə edən məsələlərin müza­ki­rə­si və qərarların qəbul edilməsində iştirak edir.

TOP XƏBƏRLƏR