A

UNEC-də “Auditoriyada məzun var" layihəsi çərçivəsində Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, baş kommersiya inzibatçısı və UNEC məzunu Oqtay Qasımovun tələbələrlə görüşü keçirilib.

Görüşdən öncə UNEC Karyera Mərkəzi və Bakı Fond Birjasının nümayəndələri arasında birjanın brendinin yenilənməsi, UNEC tərəfindən təşkil edilən Karyera Günləri və sərgilərdə Bakı Fond Birjasının işəgötürən qismində iştirakı və digər əməkdaşlıq sahələri müzakirə olunub.

Müzakirələrdən sonra Oqtay Qasımov "Auditoriyada məzun var" layihəsi çərçivəsində tələbələrlə görüşüb. O, karyera inkişafı ilə bağlı məqamları və peşəkar təcrübələrini tələbələrlə bölüşüb, onlara maliyyə və karyera planlaması sahəsində faydalı məsləhətlər verib.

Sonda iştirakçılara xatirə hədiyyələri təqdim olunub. 

TOP XƏBƏRLƏR