A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbələr üçün Azerfloat QSC-nin Logistika meneceri, logistika sahəsində 16 illik təcrübəyə malik Sərxan Kərimovla görüş təşkil edilib.

ISE Logistics Club-u tərəfindən təşkil olunan görüşdə “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan I-IV kurs tələbələri iştirak ediblər.

Görüşdə Sərxan Kərimov Azerfloat-ın logistika əməliyyatları, real iş təcrübələri, qlobal logistika trendləri və Azərbaycanda logistikanın tətbiqi haqqında dəyərli fikirlərini tələbələrlə bölüşüb.

UNEC-in təşkil olunan bu cür tədbirlər tələbələrin nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirməsinə və logistikanın praktiki tərəflərini daha dərindən anlamağına kömək edir.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay