A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, Tələbə-rektor Nihad İsgəndərov, tələbə təşkilatlarının rəhbərləri və fəal THİK üzvləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

UNEC tələbələri abidənin önünə gül dəstələri düzdükdən sonra, onlara ermənilərin törətdikləri soyqırım barədə məlumat verilib.

Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabr ayının 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar var.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri aparılarkən aşkarlanıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

TOP XƏBƏRLƏR