Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllim, əməkdaş və tələbələrdən ibarət olan komandası Novruz bayramında "Azərbaycan Uşaqları" İctimai Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə səfər edib.
Səfər çərçivəsində mərkəzin əməkdaşları tərəfindən burada həyata keçirilən fəaliyyətlər, uşaqların sosial adaptasiyası və onların təhsil, inkişaf imkanları barədə geniş məlumat verildi. Komanda üzvləri sığınacaqda yaradılmış şəraitlə tanış oldu, uşaqların gündəlik yaşayışı, təhsil alması və asudə vaxtlarını necə keçirdikləri ilə maraqlanıb. Görüş zamanı uşaqlarla səmimi və isti ünsiyyət quruldu, onların istək və arzuları dinlənilib. Tədbir çərçivəsində müxtəlif əyləncəli və interaktiv oyunlar təşkil olunub. Bayram ab-havasını daha da canlandırmaq üçün fakültə üzvləri onlara hədiyyələr təqdim etdilər və şirniyyat süfrəsi açılıb.
Səfər uşaqların sevinc dolu baxışları, xoş təəssüratlar və unudulmaz anlarla yadda qalıb.