A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Psixoloji Xidmət Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Təlimin məqsədi gənclər arasında erkən nikahların mənfi təsirləri barədə məlumatlılığı artırmaq və bu halların qarşısının alınmasına dəstək vermək olub. Tədbirdə fakültənin dekan müavini Ramal Cabbarov çıxış edərək, erkən nikahlar mövzusunda gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Psixoloji Xidmət Mərkəzinin psixoloqu Abdullayeva Küşvər erkən nikahların yaranma səbəbləri, bu halların psixoloji və sosial-iqtisadi fəsadları, habelə onların qarşısının alınması yolları haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR