Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Nəsillərarası dialoq- Yeni perspektivlər və çağırışlar” mövzusunda gənclərlə geniş tərkibli görüş təşkil olunub.
Görüşdə millət vəkilləri, tanınmış alimlər, ictimai xadimlər, rayonun fəal gəncləri və UNEC İnnovativ Gənclər Təşkilatının İdarə Heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin Azərbaycan üçün önəmindən danışıb. O, qeyd edib ki, mürəkkəb qlobal proseslər fonunda ölkəmizə İlham Əliyev kimi liderin rəhbərlik etməsi xalqımız üçün böyük xoşbəxtlik və unikal tarixi şansdır. Gənclərin bu həqiqətləri dərindən dərk etmələri və düzgün nəticələrə gəlmələri mühüm əhəmiyyət kəsb edir.
Tədbir Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun bacısı Fidan Hümbətovanın və Respublikanın Xalq artisti Nürəddin Mehdixanlının emosional çıxışları ilə yadda qalıb.
Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gənclər öz suallarını ünvanlayaraq mövzu ətrafında fəal müzakirələr aparıblar.