UNEC Psixoloji xidmət mərkəzi və İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə “Asudə vaxtın səmərəli təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.
Təlimdə Psixoloji xidmət mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova asudə vaxtın yalnız “boş zaman” deyil, fərdi inkişaf, emosional rahatlıq və psixoloji balans üçün böyük imkanlar təqdim etdiyini vurğulayıb. O, iştirakçılara gündəlik rutinlərini necə balanslaşdıracaqlarını, stressi azaldaraq daha məqsədli və doyumlu həyat tərzi qurmağın yollarından bəhs edib.
Sonda tələbələrə onların maraqlarına uyğun asudə fəaliyyətlər seçmək, özlərinə şəxsi vaxt ayırmaq və bu zamanın keyfiyyətli istifadəsi üçün tövsiyələr təqdim olunub.