A

UNEC-in Biznes və menecment fakültəsində dekan müavini dosent Nigar Hüseynovanın və Max Group şirkətinin birgə təşkilatçılığı ilə “Akademik və peşəkar iş dünyası arasında əlaqə” mövzusunda tədbir keçirilib.

Təlimin məqsədi tələbələrə real iş mühitində qarşılaşa biləcəkləri çətinlikləri aşmağa kömək etməkdə biliklərin möhkəmləndirilməsi olub.

Sonra şirkətin icracı direktoru Fərqanə Nəbiyeva müxtəlif praktiki vəziyyətlərdə tələbələrin analitik düşünmə qabiliyyətlərini artırmaq üçün onlara konkret nümunələr təqdim edib. Bu nümunələr, qaşılaşılan problemləri daha effektiv bir şəkildə həll etmələrinə imkan yaradıb.

Sonda, tədbir iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılmış və tələbələrə karyera imkanları ilə bağlı tövsiyələr verilib.

TOP XƏBƏRLƏR