A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Sağlam gələcək naminə erkən nikahlara yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də yaratdığı fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsinin dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qaldığını bildirib. O, erkən nikahların ailələrə xoşbəxtlik gətirmədiyini, əksinə, yeni ailənin möhkəmlənmədən dağılmasına, qız uşaqlarının təhsildən kənarda qalmasına şərait yaratdığını qeyd edib. H.Hacıyev bu problemin həllində ictimaiyyət nümayəndələrinin, müəllimlərin, fəal gənclərin və aidiyyəti yerli dövlət orqanlarının nümayəndələrinin geniş cəlb olunmaqla mübarizənin aparılmasının, eyni zamanda təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva çıxış edərək, ölkə rəhbərliyi tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinə xüsusi diqqət ayrıldığını bildirib, erkən nikahla və qohumlar arası nikahlarla mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlər, qanunvericilikdə nikah yaşı, erkən nikahların məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi yol açdığı bir çox problemlər, qohum nikahların səbəbləri və fəsadları haqqında geniş məlumat verib.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay