A

UNEC Psixoloji xidmət mərkəzi və Maliyyə və mühasibat fakültəsinin birgə təşkilatçılığı ilə “Asudə vaxtın səmərəli təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.

Təlimdə Psixoloji xidmət mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova tələbələrə asudə vaxtlarını necə daha faydalı və məqsədyönlü şəkildə keçirmələri ilə bağlı bilik və bacarıqlarını artırmaq, vaxtın düzgün idarə olunmasının psixoloji rifaha və akademik performansa təsiri haqqında məlumat verib . Psixoloq eyni zamanda asudə vaxtın yalnız “boş zaman” deyil, fərdi inkişaf, emosional rahatlıq və psixoloji balans üçün böyük imkanlar təqdim etdiyini vurğulamışdır.
Sonra tələbələrə onların maraqlarına uyğun asudə fəaliyyətlər seçmək, özlərinə şəxsi vaxt ayırmaq və bu zamanın keyfiyyətli istifadəsi üçün tövsiyələr təqdim olunub.

Sonda tələıbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay