A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan Quruculuğu Strategiyası” adlı elmi-praktiki konfrans çərçivəsində “Maliyyə, bank, mühasibat və audit sisteminin gələcəyi: Yeni trendlər və texnologiyalar” adlı bölmə iclası keçirilib.

Bölmə iclasında UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, professor Hənifə Cəfərli, baş müəllimlər Aynurə Hacıyeva və Şəhla Əlicanova, UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun “Qeyri-neft sektorunun inkişafı” şöbəsinin böyük elmi işçisi, dosent Elman İbişov və tələbələr iştirak ediblər.

İclasda Maliyyə və mühasibat fakültəsinin tələbələri müxtəlif mövzularla çıxış edərək maliyyə, bank, mühasibat və audit sahələrində baş verən texnoloji inqilabın yaratdığı dərin transformasiyaları ətraflı şəkildə təhlil etdilər. Onlar süni intellekt, blokçeyn, FinTech və avtomatlaşdırma kimi qabaqcıl texnologiyaların maliyyə əməliyyatları və qərar qəbuletmə proseslərinə təsirini müxtəlif perspektivlərdən araşdırdılar. Tələbələr kibertəhlükəsizlik, məlumat mühafizəsi, ESG prinsipləri və rəqəmsal bacarıqların inkişafı kimi müasir çağırışları həm nəzəri, həm də praktiki baxımdan təqdim etdilər. Yeni texnologiyaların hüquqi və tənzimləyici çərçivəyə uyğunlaşdırılması məsələləri gələcəyin maliyyə sistemlərini formalaşdıran əsas aspektlər kimi müzakirə olundu.

Tədbirdə müxtəlif texnologiyaların təqdimatı ilə yanaşı, real biznes nümunələri, ölkə və dünya təcrübələri, tənzimləyici çərçivədəki dəyişikliklər və əmək bazarında yaranan yeni peşə rolları da iştirakçıların diqqətinə çatdırılmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay