A

Biznes və menecment fakültəsində tələbələrin sağlam və təhlükəsiz həyat tərzinin təşviqi məqsədilə 3 saylı Tələbə poliklinikasının baş həkimi Adilə Ukalayeva, terapevt Tamella Abdullayeva və həkim laborant Telli Qulamovanın iştirakı ilə yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması haqqında maarifləndirici tədbir keçirilib.

Tədirdə açılış nitqi ilə çıxış edən Biznes və menecment fakültəsinin katibi Elxan Salayev tədbirin məqsəd və əhəmiyyətini vurğulayaraq bildirib ki, tələbələrin sağlamlığı onların akademik uğurlarına və ümumi həyat keyfiyyətinə birbaşa təsir göstərir. Bu səbəbdən, təhsilin inkişafında və tələbələrin rifahında sağlamlıq məsələsinə xüsusi diqqət yetirmək çox vacibdir. Tədbirdə çıxış edənlər fiziki aktivlik, doğru qidalanma, psixoloji balans və sosial dəstək arasında harmoniya haqqında tələbələrə məlumatlar veriblər.

Sonda tələbələri maraqlandırılan suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay