A

UNEC-in Psixoloji Xidmət Mərkəzi və İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova çıxış edərək, tələbələrə narkomaniyanın fərdi, ailəvi və ictimai təsirləri, psixoloji asılılığın yaranma mərhələləri və bu problemin qarşısının alınması yolları barədə ətraflı məlumat verib.

Təlim zamanı real həyat nümunələri əsasında narkotik vasitələrin psixoloji və fizioloji fəsadları iştirakçılara izah olunub. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay