UNEC Rus İqtisad Məktəbində (RİM) "Əqli mülkiyyətin qorunması: Süni intellekt reallığı şəraitində" mövzusunda seminar keçirilib.
Seminarda "İqtisadiyyat" kafedrasının baş müəllimi, Aytən İbadova və direktor müavini Anar Eyyubov tələbələrə əqli mülkiyyətin qorunması mövzusunda maarifləndirici məlumatlar veriblər.
Aytən İbadova əqli mülkiyyətin hazırkı dövrdə qorunmasında olan problemlərlə yanaşı, texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə müəllif hüquqlarının qorunması istiqamətində yaşanan problemlərdən, hüquqi boşluqlar və başqa məsələlərdən danışıb.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.