A

UNEC-in Biznes və menecment fakültəsində “Tədris prosesində gender bərabərliyinin rolu və əhəmiyyəti” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın məqsədi tədris mühitində gender bərabərliyinin əhəmiyyətini vurğulamaq və bu istiqamətdə həyata keçirilən təşəbbüsləri müzakirə etmək olub.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini dosent Elbrus Əkbərov gender bərabərliyinin qlobal əhəmiyyət kəsb etdiyini qeyd edərək, Birləşmiş Millətlər Təşkilatının 2017-ci ildən etibarən qəbul etdiyi 17 Davamlı İnkişaf Məqsədindən 5-cisinin məhz gender bərabərliyinə həsr olunduğunu vurğulayıb. O, həmçinin ölkəmizdə də bu sahədə bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb.

Seminarda “İqtisadiyyat” kafedrasının baş müəllimi Məhsəti Əliyeva geniş təqdimatla çıxış edərək, gender bərabərliyinin iqtisadi, sosial, təhsil və sağlamlıq sahələrinə təsirindən bəhs edib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir qarşılıqlı müzakirələr və fikir mübadiləsi ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay