A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə Rəqəmsal İqtisadiyyat fakültəsində IV Proqramlaşdırma Olimpiadası təşkil olunub.

Fakültənin dekan müavini Ramal Cabbarovun iştirakı və komanda üzvlərinin dəstəyi ilə baş tutan yarışda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil alan tələbələr öz bilik və bacarıqlarını sınayıblar. Eyni zamanda nəzəri bilikləri ilə yanaşı, həm də komanda işini nümayiş etdiriblər.

Yarışda qonaq qismində iştirak edən Ramiz Şükürov, Tural Aslanlı və gənc müəllimlərdən Aslan Talıbov, Elvin Fətəliyev gənc proqramçılara motivasiya dəstəyi göstəriblər.

Tələbələrin böyük həvəslə yarışdıqları olimpiadada I yerin qalibi “İnformasiya təhlükəsizliyi (ingilis bölməsi)” ixtisasının 1-ci kurs tələbəsi Akif Əliyev olub. II yeri “Kompüter elmləri” ixtisasının 1-ci kurs tələbəsi Emin Həziyev, III yeri “Kompüter elmləri” ixtisasının 1-ci kurs tələbəsi Behbud Behbudov qazanıb.

Yarışın sonunda fərqlənən iştirakçılar diplom və hədiyyələrlə təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay