UNEC-in 95 illik yubileyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə UNEC Rəqəmsal İqtisadiyyat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyəti tərəfindən “Qadın və Uşaq Sığınacağı”na mənalı bir ziyarət həyata keçirilib.
Tələbələrin təşəbbüsü ilə təşkil olunan bu sosial məsuliyyət layihəsi çərçivəsində sığınacaqda yaşayan uşaqlarla müxtəlif əyləncəli və maarifləndirici oyunlar oynanılıb, onlara hədiyyələr təqdim olunub. Balacalarla səmimi ünsiyyət quran tələbələr, onlara sevgi və diqqət göstərərək unudulmaz anlar yaşadıblar. Günün sonunda birlikdə çəkilən şəkillər bu xoş xatirələri daha da dəyərli edib.
Bu ziyarət, həm uşaqlar, həm də tələbələr üçün mənəvi cəhətdən xüsusi önəm kəsb edib və paylaşmağın, birlikdə olmağın gözəlliyini bir daha nümayiş etdirib.