A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin tələbələri üçün UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələrin peşəkar inkişafına dəstək məqsədilə “Lunchef Catering” MMC ilə birgə ilkin müsahibə mərhələsi təşkil olunub.

Təcrübə proqramı çərçivəsində keçirilən müsahibədə 20 nəfər tələbə iştirak edib. Müsahibə zamanı 4 nəfər UNEC tələbəsi artıq təcrübə proqramına qəbul olunub.

Proqram tələbələrin əmək bazarına inteqrasiyasını sürətləndirmək, real iş mühitində bacarıqlarını inkişaf etdirmək və karyera hədəflərinə daha tez çatmaq imkanı yaradacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay