Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq və 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal üzvləri “Sevgi Evi” Uşaq və Qadın Sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüblər.
Ziyarət zamanı fakültə kollektivi sığınacaqda yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüb, onlara müxtəlif hədiyyələr təqdim ediblər. Eyni zamanda uşaqlar üçün müxtəlif oyunlar təşkil edərək, onlara sevincli və əyləncə dolu gün yaşadıblar.