A

UNEC-in “İqtisadiyyat” kafedrasında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə kafedranın baş müəllimi Aytən İbadova mövzu ilə bağlı çıxış edərək, korrupsiyanın cəmiyyətin inkişafına ciddi maneə törədən, dövlətin idarəetmə sisteminə və ictimai inama zərbə vuran təhlükəli sosial bəla olduğunu bildirib. O, korrupsiyaya qarşı mübarizənin dövlətin prioritet istiqamətlərindən biri sayıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İştirak edən müəllimlər təhsil və maarifləndirmənin də bu mübarizənin vacib hissəsi olduğunu, insanlara erkən yaşlardan hüquq, vicdan və etik dəyərlərin öyrədilməsinin, habelə gənclərin ədalətli və şəffaf cəmiyyətin əhəmiyyəti haqqında məlumatlandırılmasının, cəmiyyətin və hər bir fərdin əsas vəzifəsi olduğunu qeyd ediblər.

Sonda mövzu ətarfında təlıbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay