A

UNEC Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) tələbələr arasında sağlam həyat tərzini təşviq etmək məqsədilə maarifləndirici görüş və voleybol yarışı təşkil olunub.

Tədbirdə “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimləri və TUDİFAK-ın tələbələri iştirak ediblər.

Maarifləndirici görüş zamanı sağlam qidalanmanın əhəmiyyəti, fiziki aktivliyin vacibliyi və zərərli vərdişlərdən uzaq durmağın həyati əhəmiyyəti müzakirə olunub. Tədbirdə tələbələrə sağlam həyat tərzinin əsas prinsipləri barədə geniş məlumat verilib.

Tədbirin davamında təşkil olunan voleybol yarışı tələbələr arasında həmrəyliyin və idman ruhunun güclənməsinə şərait yaradıb. Belə təşəbbüslər tələbələrin motivasiyasını artırmaqla yanaşı, onların sağlam həyata marağını da stimullaşdırıb.

TOP XƏBƏRLƏR