A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələrin maliyyə savadlılığının artırılması məqsədilə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən “Əmanətlərin sığortalanması sistemi: hüquqi baxış, risklər və böhran zamanı kommunikasiya” mövzusunda təlim keçirilib.

Təlimdə UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, Fondun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi və baş mütəxəssisi Lalə Cəfərli, Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə və hüquqşünası Qafar Qənbərli, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov və Fondun sosial media meneceri Nərmin Cahangirova iştirak ediblər.

Təlim zamanı tələbələrə əmanətlərin sığortalanması sisteminin təkamülü, əmanətlərin sığortalanması sistemi və qanunvericilik, risklərin idarə edilməsi, risk-əsaslı sığortalanma mexanizmi, habelə böhran zamanı kommunikasiyanın rolu barədə ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilib.

Qeyd edək ki, ADİF maliyyə savadlılığının artırılması məqsədilə tələbə üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri il ərzində davam etdirəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay