Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində I kurs tələbələri ilə görüş keçirilib.
Tədbirdə fakültənin dekan müavini Müşrəvan Əliyev birinci kurs tələbələrini tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. O, bildirib ki, fakültəyə 6 ixtisas — “İqtisadiyyat”, “Sosial iş”, “Beynəlxalq münasibətlər”, “Ekologiya”, “Statistika”, “Dövlət və bələdiyyə idarəetməsi” üzrə ümumilikdə 713 tələbə qəbul olunub. Fakültə üzrə ən yüksək nəticə 581,8 balla “İqtisadiyyat” ixtisasına qəbul olan Aysu Osmanovaya məxsusdur.
Görüş zamanı kafedra müdirləri və digər məsul şəxslər tələbələrə tədris mühiti, təqaüdlər, beynəlxalq mübadilə proqramları, kitabxana, idman klubları, tələbə təşkilatları, UDİD və Minor proqramları, Psixoloji Xidmət Mərkəzinin fəaliyyəti və digər imkanlar barədə məlumat veriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.