A

UNEC-in Biznes və menecment fakültəsində məzun, şəhid Məhəmməd Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Fakültənin dekanı, dosent Mirağa Əhmədov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən danışıb. O, şəhid Məhəmməd Qarayev haqqında xatirələrini bölüşərək onun Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunduğunu diqqətə çatdırıb. M.Əhmədov həmçinin Qarayevin universitetdə təhsil aldığı illərdə professor-müəllim heyətinin böyük hörmətini qazandığını bildirib. Tədbirdə şəhid haqqında yazılmış “Zirvədə bitən ömür” kitabı da iştirakçılara təqdim olunub.

Daha sonra “Biznes və logistika” kafedrasının müdiri dosent Məhəmməd Əliyev, fakültə dekan müavini Elbrus Əkbərov, Tələbə Həmkarlar Təşkilatının sədri Aqşin Quluzadə və digərləri çıxış edərək şəhidin qəhrəmanlığından söz açıblar.

Tədbirin sonunda şəhidin anası Könül Qəribova oğlu barədə xatirələrini bölüşüb və onunla qürur duyduğunu ifadə edib.

TOP XƏBƏRLƏR