A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “İnsan kapitalının inkişafında rəqəmsal texnologiyaların rolu” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarı giriş sözü ilə açan fakültə dekanı, dosent Hafis Hacıyev müasir dövrdə rəqəmsal texnologiyaların insan kapitalının inkişafındakı əhəmiyyətindən bəhs edib. O, rəqəmsal texnologiyaların insan resurslarının idarə olunması, bilik və bacarıqların artırılması, eləcə də iş proseslərinin optimallaşdırılması sahəsində əvəzsiz vasitəyə çevrildiyini vurğulayıb.

Sonra UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Aytac İbrahimova mövzu üzrə təqdimatla çıxış edib. O, təqdimatında rəqəmsallaşmanın əmək bazarına, təhsil sisteminə və ümumi iqtisadi inkişafa təsirlərini ətraflı şəkildə təhlil edib. Həmçinin rəqəmsal savadlılığın artırılmasının insan kapitalının keyfiyyətini yüksəltdiyini, bu isə gənclərin və əmək bazarına daxil olan işçi qüvvəsinin daha çevik və hazırlıqlı olmasına şərait yaratdığını diqqətə çatdırıb.

Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay