A

UNEC Zaqatala filialında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin açılışında UNEC Zaqatala filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova çıxış edərək, Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsi, milli düşüncənin və vətənpərvərlik ruhunun poeziyasında tutduğu mühüm rolundan danışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şimal-Qərb bölgəsinin sədri Əlminaz Ələkbərli və filialın müəllimləri Nəbi Mülkümov və Aytən Balayeva şairin  Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, onun milli ruhda yazdığı əsərlərin oxuculara təsirindən və ədəbiyyatımıza verdiyi töhfələrdən bəhs ediblər.

Sonda Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay