Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Gənclər Təşkilatının İqtisadiyyat və idarəetmə fakültəsi və CreART Club-un təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilib.
Müxtəlif fakültələrdən olan komandaların iştirak etdiyi, gərgin mübarizə ilə keçən bilik yarışında I yeri İqtisadiyyat və idarəetmə fakültəsinin “Interpol” komandası, II yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) “Financium” komandası, III yeri isə İqtisadiyyat və idarəetmə fakültəsinin “Dərin dövlət” komandası qazanıb.
Sonda qalib gələn komandalara diplom və müxtəlif hədiyyələr təqdim edilib.