A

UNEC-in Biznes və menecment fakültəsində tələbələrin kapital bazarı haqqında məlumatlılıq və maarifləndirmə səviyyəsinin artırılması məqsədilə seminar keçirilib.

Tədbiri fakültənin dekan müavini, dosent Elbrus Əkbərov açaraq mövzunun aktuallığı barədə danışıb. O, kapital bazarlarının müasir iqtisadiyyatın ayrılmaz hissəsi olduğunu qeyd edib və bu sahənin gənclər üçün açdığı geniş karyera imkanlarını vurğulayıb.

Seminarda iqtisad elmləri doktoru, professor Elnur Sadıqov “Kapital bazarında elektron maliyyə və elektron bank xidmətləri” mövzusunda məruzə ilə çıxış edib. Elnur Sadıqov çıxışında elektron bank xidmətlərinin kapital bazarındakı əməliyyatların səmərəliliyini artırmaqda və investorlar üçün yeni imkanlar yaratmaqda oynadığı roldan bəhs edib.

O, həmçinin kapital bazarında tətbiq olunan innovativ texnologiyaların gələcək perspektivləri barədə tələbələrə ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında interaktiv müzakirə aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay