Oktyabrın 24-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Teymur Zeynalovun anım günüdür.
Anım günü mərasimində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri i.e.n.,dos. İsayev Söhrab, BMDM -in əməkdaşları, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Əliyev İlkan fəal tələbələr şəhidin ailəsi ilə birlikdə bulağının qarşısında əziz xatirəsini ehtiramla yad ediblər.
Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.