UNEC-in Mühəndislik fakültəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi və qüdrətli siyasətçi olduğunu bildirib. O, vurğulayıb ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında Heydər Əliyevin həm dövlət başçısı, həm də Konstitusiya Komissiyasının sədri kimi müstəsna xidmətləri olub. Ölkəmizin Ali Qanununda Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənələri və müasir dünyanın demokratik prinsipləri öz əksini tapdığını vurğulayıb.
UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti Pərviz Səmədov və çıxışında qeyd edib ki, 1995-ci il Konstitusiyası müstəqil dövlətimizin siyasi, hüquqi və mənəvi təməlini müəyyənləşdirən əsas sənəddir. O, vurğulayıb ki, bu sənədin məzmun və mahiyyətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin dərin dövlətçilik zəkası, hüquqi düşüncə tərzi və milli maraqlara sadiq siyasəti nəticəsində mümkün olub.
Fakültənin dekan müavini Sevinc Abdullayeva çıxışında bildirib ki, Ulu Öndərin müəyyən etdiyi hüquqi, siyasi və mənəvi dəyərlər bu gün də dövlətimizin davamlı inkişafını təmin edir və gələcək nəsillərin formalaşmasında əsas istiqamətverici amil kimi çıxış edir.
Sonda mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılıb.