A

Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) ətraf mühitin mühafizəsinə həsr olunan maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xəzər dənizinin çirklənməsi, ekoloji tarazlığın pozulması və su ehtiyatlarının azalması kimi aktual ekoloji məsələlər müzakirə olunub.

“Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Əhliman Qasımov tələbələr üçün “Xəzər dənizinin ekoloji vəziyyəti və mühafizə problemləri” mövzusunda təqdimatla çıxış edib. O, Xəzər dənizinin hazırkı vəziyyəti, çirklənmə mənbələri, ekosistemdə yaranan təhlükələr və onların aradan qaldırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Fakültənin tələbələri Xumar Nəsibova və Fəridə Məmmədli də Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklər, antropogen təsirlər və ekoloji vəziyyətlə bağlı apardıqları araşdırmaların nəticələrini təqdim ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay