UNEC Dizayn Məktəbi və Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı tələbələrin sağlamlıq mədəniyyətinin formalaşdırılması və psixoloji rifahının artırılması məqsədilə “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Mürsəlova çıxış edərək sağlam həyat tərzinin insanın həm fiziki, həm də ruhi sağlamlığı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Psixoloq vurğulayıb ki, sağlamlığın qorunması yalnız tibbi tədbirlərlə məhdudlaşmır, bu proses siyasi, iqtisadi, hüquqi və sosial amillərlə də sıx bağlıdır. O, düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət, stressin idarə olunması və zərərli vərdişlərdən uzaq durmağın sağlam həyat tərzinin əsas elementləri olduğunu qeyd edib.
Seminar interaktiv şəkildə davam edib, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.