A

Rəqəmsal İqtisadiyyat fakültəsində “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə fakültənin dekan müavini Ramal Cabbarov və Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru Ramil Sadıqov iştirak ediblər.

Çıxış edənlər su ehtiyatlarının qorunmasının əhəmiyyəti, iqlim dəyişikliklərinin su balansına təsiri və resurslardan səmərəli istifadənin iqtisadi aspektləri barədə məlumat veriblər. Bildirilib ki, su ehtiyatlarının idarə olunmasında innovativ və rəqəmsal yanaşmaların tətbiqi bu sahədə dayanıqlılığın təmin edilməsinə mühüm töhfə verir.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay