A

UNEC SABAH Mərkəzində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Seminarın məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərin qarşısının alınması istiqamətində maarifləndirmə işini gücləndirmək olub.

UNEC-in SABAH qrupunun müəllimi Xəyal Məmmədli narkotik vasitələrin insan sağlamlığına, ailə münasibətlərinə və bütövlükdə cəmiyyətə vurduğu mənfi təsirlərdən danışıb. O, gənclərin maarifləndirilməsinin və düzgün həyat seçimlərinin vacibliyini vurğulayıb, tələbələri sağlam düşüncə və aktiv həyat tərzinə çağırıb.

Tədbirin sonunda tələbələr mövzu ətrafında fikir mübadiləsi aparıblar və narkomaniyaya qarşı mübarizədə gənclərin rolu barədə müzakirələr edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay