A

UNEC SABAH Mərkəzində “Süni intellektin təsiri və faydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

SABAH qurupunun müəllimi İlqar Rzayev çıxışında süni intellektin müasir dövrdə cəmiyyətin müxtəlif sahələrinə, xüsusilə təhsil, tibb və elm sahələrinə göstərdiyi müsbət təsirlərdən bəhs edib. O, süni intellekt texnologiyalarının insanların gündəlik fəaliyyətini asanlaşdırdığını, səmərəliliyi artırdığını vurğulayıb.

Müəllim eyni zamanda fərdi məlumatların qorunması məsələsinə toxunaraq, süni intellekt sistemlərində şəxsi məlumatların təhlükəsiz saxlanılmasının vacibliyini qeyd edib.

Tədbirin sonunda mövzu ətrafında tələbələrlə fikir mübadiləsi aparılıb, süni intellektin gələcək inkişaf perspektivləri və onun cəmiyyətə təsiri barədə müzakirələr edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay