A

UNEC-in Biznes və menecment fakültəsində tələbələr üçün “İmtahan stressi və onun idarə olunması yolları” mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirin məqsədi tələbələrə imtahan dövründə yaranan stressin azaldılması, psixoloji sağlamlığın qorunması və emosional tarazlığın saxlanılması ilə bağlı faydalı biliklər təqdim etmək olub.

Təlimdə fakültənin dekan müavini, dosent Elbrus Əkbərov çıxış edərək tələbələrə stressin idarə edilməsinin tədris uğurlarına müsbət təsirindən danışıb, belə tədbirlərin tələbələrin psixoloji rifahının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Tədbirin əsas məruzəçisi UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva çıxışında imtahan stressinin yaranma səbəblərindən, onun fiziki və emosional təsirlərindən bəhs edib. Psixoloq tələbələrə stresslə effektiv mübarizə aparmaq, vaxtı düzgün planlaşdırmaq, müsbət düşüncə və motivasiya vasitələrindən istifadə etməklə daha səmərəli nəticələr əldə etmək üçün praktiki tövsiyələr verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay