A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və onun nəzdində fəaliyyət göstərən İqtisadçı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilib.

Tədbirin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, Vətən müharibəsində qazanılmış qəhrəmanlıq tarixini xatırlatmaq və tələbələrin biliklərini sınaqdan keçirmək olub.

Gərgin və maraqlı mübarizə şəraitində baş tutan yarışda UNEC-in müxtəlif fakültələrini təmsil edən komandalar iştirak ediblər.

Nəticələrə əsasən, “Ozymandias” komandası birinci, “5.56” komandası ikinci, “Unecode” komandası isə üçüncü yerin qalibi olub.

Qalib komandalar UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən kubok, medal və diplomlarla təltif ediliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay