UNEC-in Mühəndislik fakültəsində müəllim və tələbələrin iştirakı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayraq altında birlik” adlı bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva tədbiri giriş sözü ilə açaraq iştirakçıları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, çıxışında bayrağın millətimizin şərəf və ləyaqətinin, dövlətçiliyimizin müstəqillik və azadlıq rəmzi olduğunu vurğulayıb. Sevinc Abdullayeva qeyd edib ki, bayraq gənclərin çiyinlərində yüksəlir və onların bilik, elm, tərbiyə və vətənpərvərlik ruhu dövlətin gələcəyini formalaşdırır:
O, həmçinin Prezident İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir, canımızdır, ürəyimizdir” sözlərini xatırladaraq, bayrağın dalğalandığı hər yerdə torpaq, azadlıq və dövlətin var olduğunu vurğulayıb.
Tədbirin sonunda Azərbaycanın Dövlət Bayrağına həsr olunmuş videoçarx nümayiş etdirilib.