A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr şöbəsi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə əcnəbi tələbələrlə onlayn görüş keçirib.

Görüş UNEC-in Xarici Əlaqələr şöbəsinin mütəxəssisi Xanım Ağadadaşovanın moderatorluğu ilə həyata keçirilib.

Tədbir zamanı tələbələrə 12 Noyabr – Konstitusiya Gününün tarixi, yaranma zərurəti, müasir dövlət idarəçiliyində rolu və Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğuna verdiyi mühüm töhfələr barədə ətraflı məlumat təqdim edilib. Həmçinin Konstitusiyanın vətəndaşların hüquq və azadlıqlarının təminatında oynadığı fundamental rol xüsusi vurğulanıb.

Görüşdə iştirak edən əcnəbi tələbələrə UNEC-də təhsil prosesi, akademik fəaliyyət, tələbə hüquqları, eləcə də yaşayış, sənədləşmə və miqrasiya prosedurları ilə bağlı aktual məlumatlar çatdırılıb. Onların sualları operativ şəkildə cavablandırılıb, mövcud problemlərinin həlli istiqamətində izahlar verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay