A

UNEC-in Mühəndislik fakültəsi, Rəqəmsal İqtisadiyyat fakültəsi və Dizayn Məktəbinin müəllim və tələbələrinin iştirakı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın tətbiqi və bu sahədə məlumatlılığın artırılması məqsədilə maarifləndirici təlim keçirilib.

Təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin aparıcı məsləhətçisi Fuad Bayramov təqdimatla çıxış edərək icbari tibbi sığorta sistemi barədə ümumi məlumat verib. O, sığorta haqları, sistemdən yararlanmaq üçün tələb olunan sənədlər, təminata alınan tibbi xidmətləri əhatə edən xidmətlər zərfi, elektron axtarış sistemi, həm dövlət, həm də özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları və sağlam həyat tərzinin təşviqi ilə bağlı məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay