A

UNEC Rus İqtisad Məktəbinin (RİM) 2 Fevral- Gənclər Gününə həsr olunmuş ənənəvi səfəri bu il Şamaxı rayonunda baş tutub.

UNEC Həmkarlar İttifaqı Konfederasiyasının dəstəyi ilə reallaşan səfərdə aktiv tələbələr, məzunlar, professor-müəllim heyəti və inzibati işçilər iştirak ediblər.

Tədbir RİM daxilində formalaşmış irsilik ənənəsini və nəsillərarası əlaqələri əyani şəkildə nümayiş etdirib. İştirakçıların təxminən 25 faizini məzunlar, 25 faizini buraxılış kursunun tələbələri, 25 faizini aşağı kurs tələbələri, qalan 25 faizini isə professor-müəllim və inzibati heyət üzvləri təşkil edib.

Səfər çərçivəsində qarlı hava şəraitinə baxmayaraq, aktiv istirahət proqramı həyata keçirilib, iştirakçılar üçün əyləncəli və hədiyyəli viktorina təşkil olunub. Mədəni-maarifləndirici hissədə isə yanvar–fevral aylarında yubileyi qeyd olunan görkəmli şəxsiyyətlər — Volfqanq Amadey Motsart, Tahir Əkbər, Cek London, Mixail Saltıkov-Şedrin, Bencamin Franklin və Sara Aşurbəyli yad edilib, onların fəaliyyəti və yaradıcılığı ilə bağlı təqdimatlar nümayiş etdirilib.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına əsasən bu il 100 illiyi qeyd olunan Birinci Türkoloji Qurultay, onun iştirakçıları və sonradan onlara qarşı tətbiq edilmiş repressiyalar barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbir tələbə, məzun və əməkdaşlar arasında korporativ ruhun gücləndirilməsinə, eləcə də UNEC-ə bağlılığın daha da möhkəmlənməsinə töhfə verib.

TOP XƏBƏRLƏR